Emreli "Legiya"ya kömək etdi, komandası mərhələ adladı

Polşa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.

Varşava klubu aşağı liqa təmsilçisi “Motor"la (Lublin) qarşılaşıb.

İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi fasilədən sonra vurduğu 2 qol sayəsində əzmkar qələbə qazanıb və 1/4 finala vəsiqəni təmin edib. Mahir də bu görüşün iştirakçısı olub.

​O, 46-cı dəqiqədə meydana buraxılıb və əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right