"Qarabağ"la oyun finala bərabər olacaq" "Bazel"in prezidenti

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel"in prezidenti  Reto Baumqartner "Telebasel" kanalına açıqlama verib.

Newsport.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda qarşılaşacaqları "Qarabağ" haqda da danışıb: 

"Patrik Rahmen klubdakı hamımız kimi çox iddialıdır. Düzgün yoldayıq, ancaq mövsüm mükəmməl deyil. Bunun üçün kubok qazanmalıyıq. Bu mövsüm titul istisna edilmir. İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə “Qarabağ”a qarşı final matçımız var".

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. "Bazel"   H qrupunda 11 xalla 1-ci, "Qarabağ" eyni xalla 2-cidir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah