Azərbaycan yığması Monteneqroya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşıb.

 

“Dalğa Arena”da baş tutan qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Oyun millimizin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bu, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk qələbəsidir.

 

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.

 

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu

30 noyabr

Azərbaycan – Monteneqro 1:0
Qol: 
Ayşən Əhmədova, 24.
Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.

 

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right