"Legiya"nın baş məşqçisi: "Mahir Emreli sürətli və güclü hücumçudu"

"Legiya"nın baş məşqçisi Marek Qolebyevski komandasının hücumçuları haqda danışıb.

 

Newsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Mahir Emreli və Tomaş Pekhartın oyununu dəyərləndirib. Qolebyevski azərbaycanlı forvardın sürət və güclü olduğunu bildirib:

 

"Mahirlə Tomaşa dedim ki, onlar bir-biri ilə yarışırlar, kim hazır olsa, o müntəzəm çıxış edəcək. Emreli bir növ sürətli və güclü hücumçudur. Tomaş Pekhart isə öz növbəsində, daha çox hava toplarında yaxşı oynayır və hər şeydən əvvəl, cərimə meydançasında təhlükəlidir. O, qol vura bilən tipik 9 nömrədir. Tomaşla bu mövzuda çox danışıram. Çünki inanıram ki, əvvəlki mövsümdə 20-dən çox qol vuran futbolçu qol vurmağı unutmayıb. Sadəcə olaraq, toplar həmişə onun istədiyi şəkildə ünvanlanmır. Düşünürəm ki, elə bir matç olacaq ki, Mahirlə Tomaş qol vurub tilsimi qıracaqlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right