Azərbaycanlı hakimlər Türkiyədəki VAR seminarında iştirak edir

AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.

Newsport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki,TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər) iştirak edir.

Qeyd edək ki, seminar dekabrın 2-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right