17 yaşında “Kəpəz”in tarixinə düşdü

Futbol üzrə Azərbaycan Birinci Divizionunun 9-cu turu çərçivəsində keçirilən “Səbail-2” ilə oyun “Kəpəz”in yarımmüdafiəçisi Cavad Kərimov üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, 4:1 hesabıyla qalib gəldikləri bu oyunda dubl edən Kərimov Gəncə klubunun tarixinə düşüb.

Fasilədən sonra meydana çıxan yarımmüdafiəçi milli çempionatlarda “Kəpəz”in heyətində debüt oyununda iki qol vuran ən gənc futbolçu kimi yadda qalıb. Kərimov 17 yaş 130 günlüyündə buna nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right