“Qarabağ”la heç-heçə bizim üçün qazancdır”

“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının 11-ci turunda APOEL-lə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib..

Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la Bakıda keçirdikləri qarşılaşma haqda da danışıb.

O, Ağdam klubu ilə heç-heçəni (2:2) yaxşı nəticə kimi qiymətləndirib: “Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz, mentalitetimiz uğurlu idi. Azərbaycan komandası ilə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik və ya uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right