Mahirdən iddialı paylaşım

"Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Lester"lə oyundan əvvəl ingilis dilində paylaşım edib.

Newsport.az xəbər verir ki, matçın keçiriləcəyi "Kinq Pauer" stadionundakı məşqdən şəkillərini paylaşan millimizin üzvü yazıb:

"Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm".

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" görüşü saat 00:00-da başlayacaq. M.Emreli Polşada "Lester"ə qalib gəldikləri ilk matçda komandasının yeganə qolunun müəllifi olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah