Mahirin bu qolu qeydə alınmadı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb. 

Newsport.az xəbər verir ki, komanda 15-ci turda "Gornik"lə qarşılaşıb. Mahirin komandası 2:3 hesabı ilə uduzub.

Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb. O, 56-cı dəqiqədə başla qol vursa da, hakim qeydə almayıb.Bu zaman ötürmə edən futbolçunun ofsaydda olduğu bildirilib.

Həmin epizoda videonun 3:35-ci dəqiqəsindən baxa bilərsiniz.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah