Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.

Newsport.az məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Metallist 1925" komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.

Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: "Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 2018-ci ildən "Aleksandriya"nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyunda meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right