“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Sumqayıt”a qarşı oyun (3:0) “Sabah”ın hücumçusu Tiemoko Fofana və yarımmüdafiəçi Ceyhun Nuriyev üçün əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, matçda ilk və sonuncu qollara imza atan Fofana “Sabah”ın heyətində ilk dublunu rəsmiləşdirib.

 

Fil Dişi Sahilindən olan hücumçu komandanın heyətində Premyer Liqada 20-ci oyununda 4-cü qolunu vurub.

 

Ceyhun isə yüksək liqada qol hesabını açıb. 20 yaşlı yarımmüdafiəçi ümumilikdə “Sabah”ın heyətində 6 oyun keçirib. Nuriyev cari mövsümdə əsas komandanın heyətində meydana çıxdığı ilk oyunda fərqlənməyə nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right