Sənan Qurbanov: "Bizə yaraşmayan qollar buraxdıq"

"Keşlə" Azərbaycan Premyer Liqasının 8-ci turunda öz meydanında "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub.

 

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük. Bu görüşü analiz edib, "Zirə" ilə matça hazır olmalıyıq.


- Qapıçınızın aşağı səviyyədə çıxış etdiyini düşünmürsüz?

- Razıyam. Gözlədiyimizdən aşağı səviyyədə çıxış etdi. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik.

- Bu mövqedə dəyişiklik edəcəksiz?

- Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdi. Onun oynadığını görə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right