"Zəfər Liqası" turnirinin püşkü atıldı

AFFA-nın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər Liqası”nın püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak edib.

8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 Könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right