“Səbail”də 4 aydır maaşlar verilmir Əvəzedicilər məşqə çıxmadı

“Səbail” klubunun əvəzedici heyəti məşqə çıxmaqdan imtina edib. Newsport.az xəbər verir ki, buna səbəb maddi problemlərin olmasıdır. Futbolçular və məşqçi heyəti maaşlarını ala bilmədiyinə görə məşqləri keçməkdən imtina edib. Hətta klubun aşağı yaş qruplarında da vəziyyət ürəkaçan deyil.

Belə ki, klubun akademiyasında çalışan məşqçilər 4 aydır ki, maaşlarını ala bilmirlər. Azyaşlı futbolçuların geyim baxımından da problemləri var. Klub akademiya oyunçularına geyim dəstləri verməkdə çətinlik çəkir.

Klubun icraçı direktoru Fərəc Əliyev “Qafqazinfo”ya açıqlamasında maaşlarda gecikmələrin olduğunu təsdiqləyib: “Əvəzedici komandanın məşqə çıxmaması xəbəri doğru deyil. Çünki onlar dünən yoldaşlıq görüşü keçiriblər. Qaldı ki, maddi məsələlərə müəyyən gecikmələr mövcuddur. Əvəzedici komandanın futbolçularının 70 faizi komandaya yeni qoşulub. Onlar avqust ayından bura gəliblər və 2 ay maaşlarını almalıdırlar. Heyətin məvacibləri sentyabrda verilə bilərdi. Lakin yeni olduqları üçün sənədlərdə müəyyən çətinliklər ortaya çıxdı və ödənişlər qaldı. Akademiya məşqçilərinə gəlincə, onların hamısında 4 aylıq gecikmə yoxdur. Bəzilərində 3 ay, bəzilərində 2 aylıq problemlər var. Ötən ildən qalan məşqçilər iyul, avqust və sentyabr ayının maaşlarını almayıblar, yeni gələnlər isə avqust və sentyabr ayının. Sponsorlarla danışmışıq və yaxın günlərdə maaşlar ödəniləcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right