Azərbaycan millisi AÇ-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Newsport.az xəbər verir ki, millimiz Norveç yığması ilə qarşılaşıb. İtaliyada keçirilən qarşılaşma yığmamız üçün uğursuz alınıb. Komandamız bu görüşdə 7 cavabsız qola üzülüb.

Millimizin yer aldığı 7-ci qrupda bu gün Polşa – İtaliya görüşü də baş tutacaq.

AÇ-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
20 oktyabr

Norveç – Azərbaycan 7:0
Qol: Sinne Bronstad, 1; 26-pen. Katinka Tandberq, 35. Kristina Svandal, 74; 80. Julie Aune Jorde, 78. İris Omarsdottir, 83-pen.
Baş hakim: Luiza Tompson (Şimali İrlandiya)
İtaliya. Padova. 14:00.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right