Mahir Emreli və Podolski ən pis futbolçulardan ibarət rəmzi komandaya salınıb

Polşa Ekstraklasasında XI turun ən pis futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.

Newsport.az xəbər verir ki, "Weszlo" nəşrinin hazırladığı "11-lik"də "Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.

24 yaşlı hücumçu cari turda "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşə start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

Rəmzi heyətdə "Qurnik"in formasını geyinən Almaniya millisinin sabiq üzvü Lukas Podolski və "Poqon"dan Kamil Qrositski kimi məşhur oyunçular da var.

Nəşr Emrelinin pis mövsüm keçirmədiyini, lakin Ekstraklasada istəniləni vermədiyini yazıb: "20 oyunda 10 qol və 1 məhsuldar ötürmə yaxşı göstərici hesab olunsa da, çempionatdakı 8 matçda sadəcə 2 qol orta nəticədir. Təbii ki, Emreli liqa oyunlarında sonadək meydanda olmur. Amma ortadakı fərq yenə də hiss olunur. Ümumi olaraq, hər 109 dəqiqədə 1 qol, Ekstraklasada isə hər 190 dəqiqədə 1 qol vura bilir".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right