"Qarabağ"ın oyunu bu hakimlərə tapşırıldı

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək  "Qarabağ" - "Kayrat" oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, matçı Ukrayna Futbol Federasiyasından Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və Andrey Skripka köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right