Əliyev “Krasnodar”a qarşı 45 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

“Ufa” 11 turdan sonra 9 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right