UEFA yenə “Qarabağ”dan paylaşdı

UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib.


Newsport.az xəbər verir ki, Ağdam klubunun Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Sabah"ı 2:1 hesabı ilə qalib gəldiyi oyundan şəkillər paylaşan turnirin sosial şəbəkə hesabı bu sözləri yazıb:


"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi. 

 

Bu mövsüm bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmurlar. 10 qələbə, 5 heç-heçə".

 

"Qarabağ" Konfrans Liqasının 3-cü turunda oktyabrın 21-də  Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right