Naci Şensoy debüt matçından sonra istefaya göndərildi

Vaxtilə "Turan"ın baş məşqçisi olmuş Naci Şensoy ötən gün Türkiyə 1-ci liqa təmsilçisi "Manisa"da debüt matçından sonra istefaya göndərilib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli mütəxəssisin komandası  evdə "Adanaspor"a 0:3 hesabı ilə uduzduqdan sonra rəhbərlik bu qərarı verib. Şensoyun Manisa təmsilçisindəki işi cəmi 1 həftə çəkib.

Baş məşqçi ilə yanaşı, idman direktoru Serkan İşyapan, seleksiyaçı məşqçilər Abdulkadir Kükrer və Ufuk Dündar ilə də yollar ayrılıb. 

Bundan başqa, bəzi futbolçular qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılıb. Bu görüşlə "Manisa" evdə 6-ci məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right