300 qolla 13-cü oldu

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub. Newsport.az xəbər verir ki, 2011/12 mövsümündən yüksək dəstədə çıxış edən Sumqayıt təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib.
 
Premyer Liqanın 7-ci turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.
 
300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.
 
Əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right