Samir Abasov: "Risk edə bilərdik, amma mövsümün son oyunu deyildi"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 7-ci turunun "Sumqayıt"la oyunundan sonra mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, Abasov matçla bağlı bunları deyib: "Yaxşı oyun keçdi. Bu cür oyunların ssenarisi belə də gedir. Vaxtında qol vuranda qalib gəlirsən, qol vurmursansa çətinliklərlə üzləşirsən. Rəqibin qolundan sonra təşvişə düşmədik. Dərhal da qolumuzu vurduq. İstənilən halda uşaqlar özünəinamlı oldular, pis oynamadılar. Onsuzda güclü rəqibə qarşı oynayacağımızı bilirik.

​Hansı ki, rəqib qapalı futbol oynayır. Qol vurmalı idik. Təəssüf ki, qalib gələ bilmədik. Amma nəticə məni üzmür. İşimiz çoxdu. Daha çox işləyib, oyunumuzun keyfiyyətini daha da yaxşı edə bilərik. Risk edə bilərdik, amma bu mövsümün son oyunu deyildi. Rəqib təhlükəli hücumlar edirdi. Bunu da vurduqları qolla göstərmək olar. Ramon Maçado son dəqiqədə qol vursaydı, qalib gələ bilərdik".

"Biz "Neftçi"yə gələndən sonra Sumqayıtda komandamızın azarkeşləri çoxalıb. Onlara təşəkkür edirəm. Gələcəkdə də onları sevindirməyə çalışacağıq"- deyə, Samir Abasov fikirlərini yekunlaşdırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah