Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura, eyni zamanda ilk dövrəyə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
"Neftçi" "Sumqayıt"a qalib gələ bilməyib. "Sabah" isə evdə "Qarabağ"a uduzub.
17 oktyabr (bazar)
18:45. “Sabah” – “Qarabağ” - 1:2
Qol: Ozobiç, 44 (0:1), Zubir, 51 (0:2), Aleksey İsayev, 65 (1:2)
Qırmızı vərəqə: Xulio Sezar Rodriqez, 27 ("Sabah", birbaşa qırmızı vərəqə)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
“Bank Respublika Arena”
16:30. “Sumqayıt” – “Neftçi” - 1:1
Qol: Murad Xaçayev, 50 (1:0), Sabir Buqrin, 54 (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”