Ehtiram "Zirə"nin oyunçusunu kəllə ilə vurdu FOTOLAR

Premyer Liqanın "Qəbələ" - "Zirə" oyunu (1:1) bitən kimi qalmaqal yaranıb.

Newsport.az-ın məlumatına görə, hadisə meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyevlə qonaqların müdafiəçisi Dimitrios Çantakias arasında baş verib. Əsəblərinə hakim ola bilməyən E.Şahverdiyev rəqibə kəllə ilə zərbə vurub. Bu səbəbdən baş hakim Əliyar Ağayev Ehtirama qırmızı, Çantakiasa isə sarı vərəqə göstərib.

Futbolçular arasındakı münaqişəyə digər oyunçular, o cümlədən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov müdaxilə edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right