Rəhbərlikdən baş məşqçiyə tam dəstək “Qarabağ”ın rəqibində

Qazaxıstanın “Kayrat” klubunun rəhbərliyi komandanın baş məşqçisi Kurban Berdıyevə güvənir.

Newsport.az-ın məlumatına görə, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, rəhbərliyin baş məşqçi Berdıyevi tam dəstəklədiyi bildirilib.

Bir müddət əvvəl Qazaxıstan mətbuatında yayılan xəbərə görə, “Kayrat”ın futbolçuları Berdıyevin oyun sistemini – müdafiə futbolunu bəyənmir. Bu səbəbdən, futbolçularla baş məşqçi arasında narazılıq olduğu bildirilib.

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 24-də Bakıda “Kayrat”la qarşılaşacaq.

Ağdam təmsilçisi yer aldığı A qrupunda 4 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right