"Rabitə"nin tarixi qələbəsindən 10 il ötür

10 il əvvəl bu gün qadınlardan ibarət “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi olub.  Finalda Türkiyənin “Vakıfbank TT” komandasını 3:0 hesabı ilə məğlub edən serb Zoran Qayiçin rəhbərlik etdiyi komanda voleybol tariximizin ən böyük uğuruna imza atıb. Hazırda tarixin yaddaşına qovuşan “Rabitə” komandasının çempion heyəti: Natalya Məmmədova, Mira Qoluboviç, Pelin Çelik, İrina Jukova, Sanja Staroviç, Keti Radzuveyt, Nataşa Osmorkoviç, Silviya Popoviç, Yasna Maystroviç, Nataşa Krsmanoviç, Mədinə Əliyeva, Dobriana Rabadziyeva

Klub rəsmiləri: Cəlil Cəfərov (prezident), Nəsimi Musayev (baş menecer), Şamil Qəmbərov (direktor), Şahlar Məmmədov (menecer), Eldar Yusubov (köməkçi məşqçi), Mərdan Vəliyev (həkim), Darko Stamatoviç (terapevt), İlqar İmamquliyev (jurnalist)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right