Mamadu Kane qışda "Olimpiakos"a qayıda bilər

"Neftçi"də icarə əsasında çıxış edən futbolçu Mamadu Kane müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"una qayıda bilər.

Newsport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Afina təmsilçisinin rəhbərliyi  24 yaşlı yarımmüdafiəçini qışda komandaya qaytarmaq istəyir. Futbolçunu yaxından izləyən rəhbərliyin onun oyunundan razı qaldığı bildirilib.

Əcnəbi limitinə görə, "Olimpiakos" afrikalı oyunçunu yenidən heyətə qaytarmaq üçün  digər legioner futbolçulardan biri ilə vidalaşmalıdır.

Qeyd edək ki, "Neftçi" Kaneni  yay transfer dönəmində "Olimpiakos"a satıb. Klublar arasında razılaşmaya görə, qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right