Mahir “Legiya”nın növbəti oyununda iştirak edəcək?

Oktyabrın 11-də COVİD-19 testi müsbət çıxan Polşanın "Legiya" klubunda çıxış edən millimizin üzvü Mahir Emreli karantinə alınmaq məcburiyyətində deyil.Newsport.az "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, 3-cü testi də mənfi çıxan 24 yaşlı hücumçu Polşa çempionatının növbəti turunda "Lex"lə (Poznan) oyunda meydana çıxa bilər.

Xatırladaq ki, Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə dünənki seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. "Legiya"nın "Lex"lə oyunu isə oktyabrın 17-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right