Stoykoviçdən qələbə şərhi

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində yığmamıza 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, o, futbolda sürprizlərin olduğunu bildirib: 

"Daha az səhv edən komanda qalib gəlir. Bizim öz oyun üslubumuz var. Təmkinlə, səbrlə oynayırıq. Bugünkü oyunda qalib gəlmək bizim üçün vacib idi. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Xüsusən, hissənin sonlarında kobud səhv edən qapıçımızı sakitləşdirdim, qalib gələcəyimizi bildirdim. Sevindirici haldır ki, öz oyunumuzu oynayıb lazım olan qələbəni qazandıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right