Millimizin baş məşqçisi AÇ-nin püşkatmasında iştirak edəcək

Oktyabrın 18-də futzal üzrə AÇ-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Newsport.az xəbər verir ki, Niderlandın Zeist şəhərindəki futbol federasiyasının düşərgəsində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək. Püşkatma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək.
 
Qeyd edək ki, final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək. Millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right