"Azərbaycan evdə daha yaxşı oynayacaq"

Xorvatiyanın U-21 millisinin baş məşqçisi İqor Bişçan Avro-2023-ün (U-21) seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini bildirib.

Newsport.az "Novilist"ə istinadən xəbər verir ki, o, Norveçdən sonra Azərbaycana qədər uzun yol qət etdiklərini deyib: "Belə bir səfərdən sonra asan olmayacaq. Futbolçuların oyunun ciddiliyini anlamaqları üçün hər şeyi edəcəyik. Komanda əvvəlki üç matça bütün ciddiyyətlə yanaşdı. Buna görə xoşbəxtəm. Bu səbəbdən 100 faiz nəticə əldə edə bildik. Azərbaycanla oyuna da eyni ciddiyyətlə yanaşmalıyıq. Onları evimizdə məğlub edə bildik, amma rəqib öz evində daha yaxşı oynayacaq".

Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena" stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 20:30 -da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right