Rövşən Əhmədov “Kəpəz”də

Tanınmış futbol veteranı Rövşən Əhmədov "Kəpəz" klubunda çalışacaq. Newsport.az xəbər verir ki, gənc mütəxəssis aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçi təyin olunub.
 
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xatırladaq ki, Rövşən Əhmədov futbolçu kimi "Kəpəz" ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, "sarı-göylər"in heyətində çempionatın bombardiri də olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right