Ramil Şeydayev: "Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq"

“Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalı, var gücümüzlə mübarizə aparmalıyıq".


Newsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

 

25 yaşlı hücumçu Belqrada elə-belə gəlmədiklərini bildirib: "Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

 

Oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right