"Azərbaycanla oyunda favoritik, amma.." - Serbiyalı futbolçu

"Hər bir rəqibə hörmətlə yanaşırıq. Favoritik, ancaq məsuliyyətdən  qaçmırıq. Bunu meydanda göstərəcəyik. Əlbəttə ki, Portuqaliyanın matçlarını izləyəcəyik və onların uğursuzluğuna ümid edəcəyik. Serbiya həmişə daha çox qol vurmaq üçün oynayır. Qol fərqi önəmlidir. Amma ən başlıcası qələbə qazanmaqdır. Daha çox qol vurmağımız niyə də olmasın".

Newsport.az xəbər verir ki, bu sözləri Serbiya millisinin futbolçusu  Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla sabahkı oyun öncəsi  keçirilən mətbuat konfransında deyib.

"Müasir futbolda zəif rəqib yoxdur. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi. Azarkeşlərin dəstəyi bizim üçün vacibdir. Ümid edirəm ki, yığmaya dəstək olacaqlar" - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right