"Azərbaycan bizə problem yarada biləcək komandadır" - Draqan Stoykoviç

"Futbolda hər şey vacibdir. Ən əsası qalib gəlmək və yaxşı futbol oynamaqdır. Ehtiyac olacaqsa, kifayət qədər hücumçu ilə oynayacağıq. Bu matçı ciddiyə alırıq. Bu, indiyə qədər oynadığımız oyunlardan heç də əhəmiyyətsiz deyil. Hər baxımdan vacib qarşılaşmalardan biridir".

Newsport.az xəbər verir ki, bu sözləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan çox problem yarada biləcək yaxşı komandadır. "Futbol dəyişdi, bu gün hər kəs çox yaxşı oynayır. Mənim üçün Lüksemburqdakı matç rəqabətli, çox önəmli keçdi" - deyə o bildirib.

Qeyd edək ki, sabah keçiriləcək Serbiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right