“Azərbaycanın reytinqinin aşağı olması az əhəmiyyət kəsb edir"

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının futbolçusu Ceymi Makqard komandamızla Bakıda keçirəcəkləri matç haqqında danışıb. 

Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İndependent.ie-a açıqlamasında görüşün çətin keçəcəyini deyib: 

“Azərbaycan millisi FİFA reytinqində 117-ci pillədədir. Onlar İrlandiyaya qalib gəlmək üçün təzyiq göstərəcəklər. Azərbaycana favorit kimi gedirik. Amma oyun çətin keçəcək”.

Hazırda “Sent-Mirren”də (Şotlandiya) çıxış edən Makqart “Dandolk”un heyətində 2019-cu ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a uduzduqları matçları da xatırlayıb: 

“Qarabağ”ın “Dandolk”a qalib gəlməsi surpriz deyildi. Azərbaycan təmsilçisi favorit idi. Onlarla ev oyunumuzda qalib gəlməli idik. Amma qollar buraxdıq. Belə Avrokubok matçları insanın gözünü açır. Komandaların səhvlərimizə görə bizi cəzalandırması mənim ilk təcrübəm idi. Eyni zamanda bu, Azərbaycanın reytinq cədvəlində aşağı sıralarda olmasının az əhəmiyyət kəsb etdiyini xatırladır”. 

Qeyd edək ki, oktyabrın 9-u Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right