“İrlandiya yığması üçün həyatı çətinləşdirə bilərik” De Byazi

"Bütün diqqətimi İrlandiya ilə oyuna yönəltmişəm, gələcəklə bağlı düşünmürəm. İnanıram ki, oyuna intensivliyi, ürəyi və təşkilatlanmış işi ortaya qoysaq, İrlandiya üçün həyatı çətinləşdirə bilərik".

Newsport.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə oyun öncəsi "İndependent.ie" nəşrinə açıqlamasında deyib.

O, Dublində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə nəticənin ədalətli olduğunu bildirib: "Amma son dəqiqələrdə qol buraxmaq heç də xoş deyil.  İrlandiya keyfiyyətli gənc oyunçuları olan yaxşı komandadır. Onların bir çoxu İngiltərə Premyer Liqasında oynayır. Buna görə də bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdir".

Qeyd edək ki, oktyabrın 9-u Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right