"Qəbələ" "Neftçi" ilə qarşılaşacaq

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığına start verir.

 

Newsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.

 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 9-da keçiriləcək. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right