İsmayıllını təmsil edəcək futbol komandasının adı müəyyənləşdi

İsmayıllı rayonunda futbolçularla görüş keçirilib. 

 

Newsport.az xəbər verir ki, Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, İsmayıllı Rayon Gənclər və İdman, Regional Mədəniyyət İdarələrinin, Rayon Təhsil Şöbəsinin rəhbərləri və yeni yaradılan komandanın üzvləri iştirak edib.

 

Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə idmanının da inkişafına çox böyük diqqət və qayğı ilə yanaşır. Həmçinin vurğulayıb ki, İsmayıllı rayonunda futbola böyük maraq var, təsadüfü deyil ki, 2014-2015-ci illərdə 13 yaşlı qızlardan ibarət futbol komandası respublika çempionu olub. 2015-2016-ci illərdə isə həmin komanda gümüş medala layiq görülüb. Hazırda Günay Azayeva 17 yaşadək qızlardan ibarət milli komandanın üzvüdür. 


Görüşdə həmçinin komandanın problemləri ilə tanış olunub, qarşıda duran vəzifələr, görüləcək işlər haqqında müzakirələr aparılıb.

 

Region Liqasında İsmayıllını təmsil edəcək  komanda “İsmayıllı" adı altında mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right