"Verder"in futbolçusu: "Azərbaycan millisi asan rəqib deyil"

"Lüksemburqla matça qələbə üçün gedirik. Biz rəqibdən daha yaxşıyıq. Bunu ilk oyunda da göstərdik. İndi isə sübut etmək lazımdır. Əlbəttə eyni resepti Azərbaycana da tətbiq edəcəyik".

Newsport.az-ın məlumatına görə, bunu Serbiya millisinin futbolçusu Uroş Raçiç Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəklər 2022-ci il dünya çempionatının seçmə oyunu öncəsi mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, təzyiq hiss etsələr də, komandada ab-hava əladır: "Qarşıdakı iki oyunda qələbə qazanmaq lazımdır. Portuqaliyanı isə mütləq məğlub etməliyik. İrlandiyaya qarşı oynadığımız kimi mübarizə aparsaq, həm Lüksemburqa, həm də Azərbaycana qalib gələ bilərik".

Serbiya yığmasının müdafiəçisi Miloş Velkoviç isə seçmə mərhələdə asan rəqibin olmadığını söyləyib. Almaniya "Verder"ində çıxış edən futbolçunun sözlərinə görə, hər bir komanda ilə oynamaq çətindir: "Çünki hərəsinin öz keyfiyyəti var. Xüsusilə Avropada bu, daha çətindir. Həm müdafiədə, həm də hücumda daha yaxşı çıxış etməliyik".

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right