Samet Aybaba: “Azərbaycan millisini türkiyəli məşqçi çalışdırmalıdır”

“Adana Dəmirspor”un baş məşqçisi Samet Aybaba Türkiyə mətbuatına maraqlı müsahibə verib.

Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yerli məşqçilərin ölkə xaricində çalışmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan millisinin “sükanı arxası”nda türkiyəli çalışdırıcı olmalıdır: “Bilirsiniz ki, Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan millisinin başında bir türkiyəli yoxdur. İndiyə qədər bir nəfər də olsun türkiyəli məşqçi bu komandanı çalışdırmayıb. Belə şey olar? Bu ən sadədir. Məşqçilər məhdud dairələrdən çıxıb, bu ölkələrə də getməlidir”.

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazidir. Müqavilə müddəti bu ilin sonuna qədər olan italiyalı çalışdırıcının yerinə namizədlərdən biri də Mustafa Dənzilidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right