Serbiyalı futbolçu: "Azərbaycan millisini məğlub etmək çox vacibdir"

"Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar barədə "Zurnal" nəşrinə müsahibəsində deyib.

Hazırda Qazaxıstanın "Astana" klubunda çıxış edən 37 yaşlı müdafiəçi İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərini matçı xatırladıb: "Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right