Canni De Byazi: "Azərbaycan millisinin böyüyəcəyinə inanıram"

"Ötən ilin iyulunda Bakıya köçmək imkanı yarandı. Azərbaycan millisini seçdim, çünki Albaniyada yaşadığım vəziyyətə bənzər işi yenidən qurmaq istəyirdim".

Newsport.az məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "İrishexaminer" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan yığması Albaniyada yaşadıqları ilə oxşar başlanğıcdadır: "Məqsəd zamanla davam edə biləcək heyət yaratmaqdır. Yeni qurulmuş, yüksək keyfiyyətli infrastruktura malik və inkişaf etmək istəyi olan milli assosiasiya tapdım. Buraya gəlməyimə və 110 faiz gücümü verməyə çalışmağım üçün mənə motivasiya verən cəhət budur".

65 yaşlı mütəxəssis Bakı şəhəri haqqında xoş fikirlər səsləndirib: "Xəzərin sahilində yerləşən Bakıda həyat yaxşıdır. Tarixi qədim, möhtəşəm şəkildə qorunan və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Çempionatdakı komandaların demək olar ki, hamısı paytaxtda oynayır. Çünki şəhərdən kənarda yalnız iki klub var. Premyer Liqadakı 8 klubun heyətlərindəki futbolçuların çoxu legionerlərdən ibarətdir. Yığma ilə bağlı seçim etmək üçün məhdud oyunçu toplusu var. Burada asan deyil. Azərbaycan futbolu hələ də qapalı dünyadır. Bir neçə oyunçu xaricdə çıxış etməyə yeni başlayıb. Bu baxımdan daha çox oyunçunun beynəlxalq səviyyədə təcrübə qazanma şansına sahib olacağına ümid edirik".

Təcrübəli baş məşqçi 2022-ci il dünya çempionatının növbəti seçmə oyunlarında xallar qazanmaq istədiklərini diqqətə çatdırıb: "Rəqiblərimiz kağız üzərində daha güclüdür. Bu səbəbdən, asan olmayacaq. Amma futbolda buna çox fikir verməmək lazımdır. Daha çox qazanmaq istəyən, daha qətiyyətli və təşkilatlananlar, bəzən keyfiyyətsiz komanda olsa belə, mümkünsüz görünən matçlarda qələbə qazana bilər. Azərbaycan komandasının böyüyəcəyinə inanıram və yığmanın daha maraqlı gələcəyi ola bilər. Başlanğıcda hamı kimi böyük xəyallarımız və böyük planlarımız var. O zaman reallığa uyğunlaşmalısınız. Hazırda həm Portuqaliya, həm də Serbiyanın texniki dəyərinin bizdən üstün olduğunu nəzərə alsaq, çətin qrupda olduğumuzu deyə bilərik. İngiltərə çempionatında çıxış edən oyunçulara malik İrlandiya ilə bağlı da vəziyyət eynidir. Həmçinin 12 ildir eyni baş məşqçi ilə layihəsini davam etdirən Lüksemburq da var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right