Stiven Kenni: "Bakıda arzuladığımız qələbəni qazanmaq istəyirik"

"Azərbaycan millisinə qalib gəlməsək, nə olacağını deyə bilmərəm. Sadəcə, oyunu udmağa cəhd etməliyik. Bizim hədəfimiz budur. Futbolçuların qarşıdakı matça yanaşması, komanda ruhu əladır. Bunu qələbəyə çevirməliyik".

 

Newsport.az xəbər verir ki, bunu İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis səfər planını açıqlayıb. O, Bakıya oktyabrın 6-da yola düşəcəklərini bildirib: "Bizi 8 saatlıq yol gözləyir. Daha sonra Azərbaycanda məşqə çıxacağıq. Ümid edirəm ki, hazırlığımız yaxşı keçəcək. Bu oyunu səbirsizliklə gözləyirik. Səfərdə baxımlı oyun göstərib arzuladığımız qələbəni qazanmaq istəyirik".

 

O, evdə Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri görüşü də xatırlayıb: "Əvvəlcə onu deyim ki, ilk hissədəki oyunumuzu yaxşılaşdırmalıyıq. Həmin matçın əvvəlində 3 yaxşı qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Sonradan geri çəkildik. Əslində isə hücumda oynamalı idik. Rəqib meydanın özünə aid hissəsində topu çox yaxşı saxlayırdı. Ona görə də strategiyamızı dəyişməli olduq. Amma təzyiqdən istənilən kimi çıxa bilmədik. İkinci hissədə oyunun intensivliyini artırdıqdan sonra isə rəqib müdafiəyə çəkilməyə məcbur oldu".

 

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right