Masallıda uşaqlarla görüş keçirilidi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.

 

Newsport.az xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

 

Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.

 

Tədbirin sonunda simvolik oyun keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right