Könül Mehdiyeva Avropa çempionatına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, AÇ-nin A Liqasının 6-cı qrupunun oktyabrın 6-dan 12-dək Yunanıstanda keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right