"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Nəriman Abbasovun tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib. Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti idmançımıza uğurlar arzulayıb. Nəriman Abbasova “Qəbələ” İdman Klubu tərəfindən avtomobil təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right