“Azərbaycanla oyunda çətinlik çəkəcəyik”

Futbol üzrə İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə daha bir açıqlama verib. Newsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Bakıda keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Extra.ie" saytına açıqlamasında deyib.
 
“Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz. Serbiya yığması da Azərbaycanla səfər matçında çətinliklə üzləşmişdi. Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Amma biz qələbə qazanmaq istəyirik və buna nail olacağımıza inanıram".
 
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right