"Fasilə yaranmasa, daha yaxşı olardı" - Zaur İsmayılov

Azərbaycan Premyer Liqasında VI turun “Keşlə” – “Sabah” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin məşqçisi Zaur İsmayılov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər kiki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rqibə uğurlar arzulayıram.

- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədi...
- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandı gözlənilirdi.

- Matçdan sonra Felipe Santozdan tərbiyəsiz jesti oldu. Epizodu gördüzmü?
- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.

- 90 dəqiqə qapandız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?
- Rəqibi mərkəzdə qarşılamaq istəyirfik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdu. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.

- Komanda son iki matçda 4 xal toplayıb. Belə məqamda çempionatda fasilə yaranması komandanın ziyanına olmayacaq ki?
- Fasilə olmasa, daha yaxşı olardı. Hər halda biz də boşluqlarımızın üzərində işləyəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right