Ramin Quliyev: "Bugünkü hakimlik biabırçılıq idi"

Azərbaycan Premyer Liqasında VI turun “Keşlə” – “Sabah” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Ramin Quliyev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- 3-cü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominant tərəf idik. İkinci qol başadüşüləndi. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdu. Futbolda belə şeylərin tez-tez təkrarlanması mənə çatmır. Bir var oynamırsan və məğlub olursan, bu, anlaşılandı. Oynayıb uduzmağı başa düşə bilmirəm. Hakimliklə bağlı danışmaq istəyirəm. İlk turda “Səbai”lə matçda da hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə verdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldu. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, təmiz penalti idi. Nə olmalıdı ki, rəqib qapısına penalti verilsin?

- Konkret “Sabah”a qarşı qərəz var, yoxsa Azərbaycan hakimliyinin səviyyəsi budu?
- Bir dəfə də bizim epizodu görsünlər. Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdi.

- Qapıya gedən zərbənizi müşahidə etmədim...
- Zərbələr var, sadəcə dəqiqlik çatışmır. 90 dəqiqə oynayırsan, amma sonluq olmur.

- Klub rəhbərliyi ilə danışığınız olub? Fasilədən sonra sizi “Sabah”ın baş mə.şqçisi kimi görəcəyik?
- Bu sual keçən dəfə də verilmişdi. Ətraflı danışacağıq. İstefadan çəkinmirəm və qorxmuram.

- Dominantlıq edirsiz, amma qol vurmaq mümkün olur. Böhrandan çıxış planınız nədi?
- Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdi.

- Heyətdə radikal dəyişiklik edə bilərsizmi?
- Görünən heyətimiz budu. Kənarda qalan bircə Zurab Oçiqava və Xuan Kamaradı. Kamara böyük ümidlərlə gətirilib. Onun yoxluğu epizodlarda özünü göstərirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right